<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>255</hymn_number>
<title>Sənə bənzəyən heç varmı,qəlbim Sənsiz olarmı? İL255</title>
<lyrics>[V1]
 Sənə bənzəyən heç varmı,qəlbim Sənsiz olarmı?
 Bu ürəyim Səndən başqa özgə birin ararmı?

[C1]
   İstəməm özgə birin, böyükdür Sənin sevgin,
   Tək Səndədir sakitlik,sülh, məhəbbət və birlik.

[V2]
 Səndən cavab gözləyəndə, danışırsan mənimlə,
 Öz müdrik sözlərinlə toxunursan qəlbimə.

[C2]
   Sakitləşirəm Sənlə, Sənin məhəbbətinlə,
   Gözəldir olmaq Sənlə - öz sevimli Rəbbimlə.

[V3]
 Körpə uşaq kimi Sənə sığınmışam, Allahım,
 Ürəyimin sirrin Sənə söyləmişəm, Allahım.

[C3]
   Kədərim sevinc olar, tezliklə Rəbbim gələr,
   Özü tək yaşayanı O, Göylərə götürər.</lyrics>
</song>